bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Sterlinqə yeni müqavilə

19.03.2020 12:21 Oxundu 501


"Mançester Siti" futbolçusu Rahim Sterlinqlə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2024-cü ilin iyununa kimi uzatmaq istəyir. "Siti"nin Sterlinqin illik maaşının 20 milyon avroya qədər yüksəltməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında 24 matçda 11 qol vurub, 2 qolun ötürməsini verib