19.03.2020 13:30
511

PSJ-nin futbolçuları Neymar və Tiaqo Silva koronavirusa görə Braziliyaya qayıdıb.
Cempion.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, Fransa klubu bütün oyunçulara özlərini karantinə almaq üçün istədikləri yerə getməyə icazə verib. Neymar və Silva kimi bəzi futbolçular vətənlərinə qayıtmağa qərar verib. Digər oyunçular isə Parisdə qalmağı seçib.
Qeyd edək ki, PSJ koronavirus səbəbindən məşqləri təxirə salıb.