çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Qusar stadionu satışa çıxarılır - EKSKLÜZİV!

19.03.2020 17:00 Oxundu 774


Şövkət Orduxanov adına Qusar stadionu satışa çıxarılır.

Bununla bağlı Cempion.az-a məlumat daxil olub.

"Şahdağ" I Divizionda oynadığı dönəmdə sözügedən stadionun əsaslı təmirinə qərar verilmişdi. Hətta layihənin fotosu da mətbuatda tirajlanmışdı. Lakin Etibar Pirverdiyevin "AzərEnerji"dən gedişindən sonra vəziyyət dəyişi. Çünki "Şahdağ"ın sponsoru Pirverdiyevə məxsus olduğu deyilən "Azenco" şirkəti idi. Stadionu da məhz həmin şirkət təmir etdirəcəkdi. Lakin Pirverdiyevin vəzifədən gedişi ilə bu söhbət də bağlandı. Stadion neçə ildir ki, dağılmış vəziyyətdə qalıb. Məhz bu üzdən rayon rəhbərliyi arenanı satışa çıxarmağı düşünür.