çərşənbə axşamı, 06 may 2025

ŞAHMAT

Şahmatçımız özünü karantinə alıb

19.03.2020 19:22 Oxundu 598


Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.

Cempion.az xəbər verir ki, bu barədə tanınmış qrossmeyster şəxsi "Instagram" səhifəsində məlumat paylaşıb.

33 yaşlı şahmatçı artıq 8 gündür karantində olduğunu bildirib.

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.