cümə axşamı, 29 may 2025

DÜNYA FUTBOLU

Türkiyədə bütün idman növləri təxirə salındı

19.03.2020 19:49 Oxundu 717


Türkiyədə bütün idman tədbirləri koronavirus pandemiyasına görə təxirə salınıb.

Cempion.az xəbər verir ki, bu barədə ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, qərar federasiya prezidentləri ilə bugünkü görüşdə qəbul olunub. 

Onun sözlərinə görə, ölkədə keçirilən bütün idman yarışları növbəti xəbərdarlığa qədər dayandırılıb.