çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

UEFA-dan yenilik

19.03.2020 20:11 Oxundu 506


UEFA klubların maliyyə "fair-play" qaydalarına uyğunluğunu yoxlayarkən koronavirusla bağlı vəziyyəti nəzərə alacaq.

Cempion.az xəbər verir ki, bu barədə TASS-a qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, klubların vaxtı keçmiş borcları olmadığını sübut etmək üçün son tarix martın 31-dən aprelin 30-na təxirə salınıb: "Qaydalarla bağlı monitorinq fəaliyyətinə gəlincə, fors-major halları prinsipi artıq reqlamentlə tənzimlənib. Bu prinsipə əsasən, klublardan asılı olmayan istənilən fors-major hal onların dəyərləndirilməsinin bir hissəsi kimi nəzərə alınacaq".