çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Yuventus" 70 milyon avroluq təklifi rədd etdi

20.03.2020 14:00 Oxundu 503


"Yuventus" futbolçusu Paulo Dibala üçün PSJ-nin göndərdiyi təklifi rədd edib.

Cempion.az "Calciomercato"ya istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı hücumçu üçün 70 milyon avroluq təklif göndərib. Ancaq Turin təmsilçisi bu məbləği az hesab etdiyi üçün müsbət cavablandırmayıb.

Qeyd edək ki, Dibala bu mövsüm 34 matçda 13 qol vurub, 12 qolun ötürməsini verib.