çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Ayntraxt"ın futbolçusu da koronavirusa yoluxdu

20.03.2020 15:30 Oxundu 490


"Ayntraxt"da koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Cempion.az Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, adı çəkilməyən bir futbolçuda  birində infeksiya aşkarlanıb. 

Onda tipik xəstəlik simptomları müşahidə olunduqdan sonra dərhal testdən keçirilib və analiz müsbət nəticə verib. Klubun bir neçə əməkdaşının tezliklə 14 günlük karantinə alınacağı vurğulanıb.

Qeyd edək ki, Avropada hazırda yeni növ koronavirusa yoluxan və adları açıqlanan futbolçuların sayı 23 nəfərdir.