çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

“Mançester Siti”li futbolçu “Bavariya”nın hədəfində

20.03.2020 15:45 Oxundu 491


Almaniyanın “Bavariya” klubu “Mançester Siti”nin futbolçusu üçün hərəkətə keçir.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçusu Leroy Sane Münhen klubunun hədəfindədir. Artıq klub rəsmilərinin Sanenin meneceri ilə danışıqlara başladığı bildirilir. Rəsmi danışıqlar aprelin 1-dən etibarən aparıla bilər.

“Bavariya” 24 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif etməyə hazırlaşır. Sanenin daha iki klubdan da təklif aldığı bildirilir.

“Bavariya” yay transfer pəncərəsi dövründə də Saneni transfer etmək istəsə də, bu, alınmamışdı.

Almaniyalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır.