çərşənbə axşamı, 06 may 2025

ŞAHMAT

Teymur Rəcəbov: "Ağrılarım yoxdur, karantində deyiləm"

20.03.2020 16:40 Oxundu 608


Azərbaycanlı şahmatçı Teymur Rəcəbov dünən koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı "Instagram"dakı paylaşımına aydınlıq gətirib.

Cempion.az xəbər verir ki, tanınmış qrossmeyster fikirlərinin yanlış anlaşıldığını bildirib.

33 yaşlı şahmatçı sosial şəbəkə hesabında karantində olmadığını yazıb: "Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, "Instagram" vasitəsilə nüfuzum daha da artır".

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.