şənbə, 31 may 2025

DÜNYA FUTBOLU

Brazilyalı "Arsenal"da qalacaq

20.03.2020 17:31 Oxundu 548


İngiltərənin “Arsenal” klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu David Luisin xidmətindən razıdır. Klub futbolçu ilə daha bir illik müqavilə imzalamaq istəyir.

Luisin də “topçular”da qalmaq istədiyi bildirilir.

Yay transfer pəncərəsi dövründə “Çelsi”dən “Arsenal”a keçən braziliyalı futbolçu, cari mövsümdə 32 oyunda iştirak edib.

“Arsenal”ın Matteo Genduzi ilə də yeni müqavilə imzalamaq istədiyi deyilir.