21.03.2020 11:25
519

"Barselona"nın sabiq hücumçusu Rivaldo Antuan Qrizmann haqda fikirlərini bölüşüb.
Cempion.az xəbər verir ki, barziliyalı fransalı futbolçuya şans verilməli olduğunu düşünür:
"Bir çox “Barselona” azarkeşləri Koutinyonun icarəyə verilməsi və Suarezlə Dembelenin zədələnməsinin ardından Qrizmanndan çox şey gözlədilər.
Oyunçunun satılmalı olduğunu düşünmürəm. İspan futboluna yaxşı uyğunlaşan dünya çempionu “Kamp Nou”da da uğurlu çıxış etməlidir. Onun komandanın sisteminə uyğunlaşa biləcəyini gözləməliyik. Qrizmannın klubda uğur qazanması üçün hər şansı var”.
Qrizmann bu mövsüm keçirdiyi 37 qarşılaşmada 14 qol vurub və 4 məhsuldar ötürmə edib.