çərşənbə, 01 aprel 2026

DÜNYA FUTBOLU

Klopp: "Yuxuda belə oyunçularımı düşünürəm"

21.03.2020 12:25 Oxundu 618


"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın futbolçuları haqda danışıb.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, karantin müddətində oyunçularla əlaqə saxladığını bildirib: "Bütün günü onları düşünürəm. Hətta yuxuda belə oyunçuları düşündüyüm vaxtlar olur. Bunu istəmirəm, amma öz-özünə baş verir. Çünki ağlımda çox fikir var.

Mənim üçn ən önəmli olan oyunçularımın formasını qorumasıdır. Bunu da düzgün qidalanma, məşqlərlə etməyə çalışırıq".