21.03.2020 13:25
485

“Sion”un prezidenti Kristian Konstantin maliyyə məsələlərinə görə 9 futbolçunun müqaviləsini tək tərəfli ləğv edib.
Cempion.az xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ermir Lenyani, Xavyer Kouassi, Maykl Fakkinetti, Birama Ndoye, Yohan Djuru, Paytim Kasami, Seydu Dumbiya, Kristian Zok və Aleksandre Sonqun müqavilələrinə xitam verilib.
“Sion”un bu oyunçularla müqaviləni koronavirus pandemiyasına görə ləğv edib. Onlar maaşlarının azaldılması barədə klub rəhbərliyinin təklifini qəbul etmədikləri üçün qovulublar. Komandada qalmaq istəyənlər isə məvaciblərində endirimə razı olmalıdılar".
İsveçrə Futbol Federasiyası Super Liqa təmsilçisinin belə davranışını qınayıb.