21.03.2020 14:00
531

UEFA AÇ-2020-nin adı ilə bağlı vacib qərar verib.
Cempion.az xəbər verir ki, turnir 2021-ci ilə təxirə salınsa da, yarış AÇ-2020 adı altında keçiriləcək.
Bu barədə qurumun “Tvitter” hesabında məlumat paylaşılıb.
UEFA koronavirus pandemiyası ilə əlaqədar AÇ-2020-ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub. Bununla əlaqədar yarışın AÇ-2021 adı altında təşkil olunacağı gözlənilirdi.