21.03.2020 14:20
537

"Atletiko"nun futbolçusu Tomas Lemar "Mançester Yunayted"ə keçə bilər.
Cempion.az ESPN-ə istinadən xəbər verir ki, ötən həftə İngiltərə klubunun nümayəndələri 24 yaşlı yarımmüdafiəçinin agenti ilə görüşüb. Bildirilir ki, "MY" yayda bu transferi reallaşdırmaq istəyir.
Xəbərdə o da qeyd olunub ki, Lemar da "Atletiko"nu tərk etməyi düşünür. Fransalı futbolçu komandanın oyun üslubunun ona uyğun olmadığını düşünmür.
Qeyd edək ki, T.Lemarın "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.