çərşənbə, 01 aprel 2026

BİZİM FUTBOL

"Qarabağ" maaş məsələsini necə həll edəcək?

21.03.2020 15:00 Oxundu 635

"Qarabağ" öz futbolçuları ilə maaş məsələsini fərdi şəkildə həll edəcək.

Cempion.az-ın əldə etdiyi məlumata görə, koronovirusa səbəbindən çempionatda yaranmış fasilə bütün klubların fəaliyyətini dondurması ilə nəticələnib.

Yəni futbolçular məşq də etmir. Bu isə maaş məsələsini gündəmə gətirib. Hər klub bu məsələni fərqli şəkildə həll edəcək. Ağdam klubu futbolçularla belə razılığa gəlib ki, aprel ayında hər futbolçu ilə fərdi şəkildə söhbət aparılacaq.