şənbə, 20 dekabr 2025

DÜNYA FUTBOLU

"Napoli" məşqlərə başlayır

21.03.2020 17:21 Oxundu 545


"Napoli" koronavirus  pandemiyasının yayılmasına baxmayaraq, məşqləri bərpa edir.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriya təmsilçisi martın 25-dən hazırlıqlara başlayacaq.

Bildirilir ki, "Napoli"dən başqa "Latsio" da aprelin 4-dən məşqlərini bərpa etmək istəyir.

Qeyd edək ki, İtaliyada çempionat dayandırılıb. Ölkədə 47 min nəfərdən çox insan virusa yoluxub, 4000-dən çox insan bu xəstəlikdən dünyasını dəyişib.