çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Barselona" klubu maaşları azalda bilər

21.03.2020 13:45 Oxundu 498


İspaniyanın "Barselona" klubu futbolçularının maaşlarının azaldılmasını nəzərdən keçirəcək.

Cempion.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, qərar gələn həftədən gec olmayaraq qəbul ediləcək. Kataloniya təmsilçisinin rəhbərliyi bir neçə seçimə baxacaq.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb. Komandalar çempionatda 11 tur keçirməlidirlər. "Barselona" 27 turdan sonra 58 xalla liderdir. 

Komandada orta əmək haqqı 11 milyon avrodur, bu isə dünya futbolunda rekord rəqəmdir.