21.03.2020 14:47
523

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb.
Cempion.az Azərbaycan Badminton Federasiyasının rəsmi sayıtına istinadən xəbər verir ki, səbəb koronavirusa görə yarışın qeyri-müəyyən vaxta təxirə salınmasıdır.
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı 12 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası Danimarkadakı dünya çempionatını və bir neçə turniri təxirə salıb.