çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Koutinyo ingilis klubunun hədəfində

21.03.2020 18:49 Oxundu 525


"Çelsi” Filippe Koutinyonu transfer etməyə hazırlaşır.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda icarə əsasında "Bavariya”da çıxış edən braziliyalı yarımmüdafiəçi böyük ehtimalla yayda "Barselona”ya qayıdacaq. İndiki məqamda münhenlilər Koutinyo üçün tələb olunan 120 milyon avronu ödəməyə hazır deyil.

"Barselona”ya qayıdacağı halda isə onun transferi premyer liqa klublarından birinə satıla bilər. Bu baxımdan, "Çelsi” katalonlara daha sərfəli təkliflə müraciət etmək fikrindədir.

Qeyd edək ki, Koutinyo bu mövsüm bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.