21.03.2020 19:45
489

Türkiyənin "Fənərbağça" klubunun basketbolçularında koronavirusun simptomları aşkarlanıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, basketbolçularla yanaşı texniki heyətin bəzi üzvlərinin də koronavirusa yoluxma ehtimalı var.
İlk olaraq klubun həkimləri həmin şəxslərə müdaxilə edib, daha sonra isə xəstəxanaya yönləndiriliblər. "Fənərbağça" məsələ ilə bağlı ətraflı məlumatın veriləcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 670 nəfər koronavirusa yoluxub, onlardan 9-u dünyasını dəyişib.