çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Lokomotiv" klubu  baş məşqçi ilə yolları ayıracaq

21.03.2020 20:00 Oxundu 505


Rusiyanın "Lokomotiv" futbol komandası mövsümün sonunda baş məşqçi Yuri Syominlə yollarını ayıracaq.

Cempion.az "Nemzeti Sport" nəşrinə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır və klub onunla vidalaşacaq.

Nəşr bildirib ki, Syomini bu postda serbiyalı Marko Nikoliç əvəzləyəcək.

Qeyd edək ki, Aleksandr Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında işlədiyi vaxt isə Syomin çempionluq və Superkubok titullarına sahib olub.