21.03.2020 20:49
542

Fransanın "PSJ" klubunun Massimiliano Alleqrini komandanın baş məşqçisi vəzifəsinə gətirmək istədiyini xəbər vermişdik.
Cempion.az xəbər verir ki, Paris klubu artıq 52 yaşlı mütəxəssislə danışıqlara başlayıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Klub, cari mövsümün sonunda Tomas Tuxellə yollarını ayırıb, komandanın “sükanı arxasına” italiyalı mütəxəssisi gətirmək niyyətindədir. Klubun idman direktoru Leonardo mütəxəssislə danışıqlara start verib. Alleqrinin də PSJ-də çalışmağa müsbət yanaşdığı bildirilir.
Tuxelin adı isə “Bavariya” ilə yanaşı çəkilir.
Qeyd edək ki, Alleqrinin son iş yeri İtaliyanın “Yuventus” klubu olub.