çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Damiano Tommasidən açıqlama

21.03.2020 21:00 Oxundu 541


İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommasi A Seriyası ilə bağlı açıqlama verdi.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, assosiasiya rəhbəri, koronavirus səbəbiylə dayandırılan çempionatın ləğvinin mümkünlüyü haqqında danışıb:

“Hazırda hər şey mümkündür. Məktəblər bağlıdır, bəzi çempionatlar da ləğv edilə bilər. Bu məsələ böyük problemə çevrildi. Sanki eyni gəmidə üzürük, eyni qeyri-müəyyənliyi yaşayırıq.

A Seriyası klublarının rəhbərləri gəmi batanda çalmağa davam edən “Titanik”dəki musiqiçilər kimidir”.