21.03.2020 21:50
524


"Real Madrid" rəhbərliyi və Serxio Ramos yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi 32 yaşdan yuxarı olan oyunçularla 1 ildən artıq müqavilə imzalamaq istəmir və bu qərar ispaniyalı müdafiəçi Ramosu qane etmir. Hal-hazırda futbolçu ilə klub rəsmiləri danşıqları davam etdirir.
Qeyd edək ki, Serxio Ramosun klubla olan hazırki sözləşməsi 2021-ci ildə başa çatacaq.