çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Maldini və oğlu koronavirusa yoluxdu

22.03.2020 12:23 Oxundu 500

“Milan”ın texniki direktoru Paolo Maldinidə koronavirus aşkarlanıb.
 
Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əfsanəvi futbolçu ilə yanaşı, onun "Milan"da çıxış edən oğlu Daniel Maldininin də koronavirusa yoluxduğu açıqlanıb.
 
Onlardan götürülən koronavirus testlərinin nəticəsi müsbət çıxıb. Hər iki şəxs dərhal xüsusi nəzarətə götürülüb. Onlar iki həftəlik ev karantininı alınıb. Paolo və Danielin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.