çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Real"ın sabiq prezidenti koronavirusdan öldü

 

22.03.2020 16:20 Oxundu 502

"Real"ın sabiq prezidenti Lorenso Sans vəfat edib.

Cempion.az xəbər verir ki, L.Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib.

O, bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib.

Lorenso Sans 1995 - 2000-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Daha sonra o, yerini hazırkı klub prezidenti Florentino Sansa verib.