çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Yeni müqavilə ilə bağlı danışıqları dayandırdı

23.03.2020 15:35 Oxundu 490


Son vaxtlar adı Avropanın bir neçə klubu ilə yanaşı çəkilən “Napoli”nin futbolçusu Fabian Ruislə bağlı açıqlama verilib.

Cempion.az xəbər verir ki, 23 yaşlı futbolçunun meneceri Alvaro Torres Ruisin “Napoli”dəki gələcəyi ilə bağlı bunları deyib:

“Fabian hazırda “Napoli”yə köklənib. Karlo Ançelottinin vəzifəsindən ayrılması da daxil olmaqla, cari mövsümdə bir çox dəyişikliklə qarşılaşdıq. Klubun da çətin bir dövrü oldu.

Mövsümün sonuna qədər yeni müqavilə ilə bağlı danışıqları dayandırmışıq. Bir çox klub Ruislə maraqlanır və “Napoli” də bundan xəbərdardır. Onun klubla müqaviləsində təzminatla bağlı məsələ yoxdur və transfer qiymətinin nə qədər olduğunu bilmirəm”.

“Napoli” ilə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulan futbolçu, “Real” və “Barselona”nın maraq dairəsindədir. O, cari mövsümdə iştirak etdiyi 32 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.