çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Şevçenkoya yeni müqavilə təklif edildi

23.03.2020 16:50 Oxundu 478


Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadılması üçün danışıqlar aparır.

Cempion.az xəbər verir ki, ona 2 illik yeni müqavilə təklif edilib. Şevçenkonun müqaviləsi 2020-ci ilin yayında başa çatır. Amma “Avro-2020”nin gələn ilə təxirə salınmasına görə onunla əməkdaşlığın davam etdirilməsi niyyəti ortaya qoyulub.

Xatırladaq ki, Şevçenkonun rəhbərliyi altında Ukrayna “Avro-2020”yə vəsiqə qazanıb. Yeni müqavilə imzalanarsa DÇ-2022-yə də komandanı gənc mütəxəssis hazırlayacaq.