cümə, 26 aprel 2024

BİZİM FUTBOL

AFFA liqaların bərpa vaxtını uzatdı

23.03.2020 19:02 Oxundu 485


AFFA-nın təşkilatçılığı ilə keçirilən çempionatların təxirə salınması müddəti növbəti dəfə uzadılıb.

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları aprelin 20-dək təxirə salınıb.

Qeyd edək ki, AFFA daha əvvəl oyunların martın 27-dək təxirə salındığını açıqlamışdı.