24.03.2020 10:31
489


"Barselona" hücumçusu Usman Dembeleni satmayacaq.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub 22 yaşlı oyunçuya özünü sübut etmək üçün daha bir şans verəcək.
Fransalı futbolçunun tez-tez zədələndiyi və komandaya istənilən kimi fayda vermədiyi üçün onun göndəriləcəyi haqda xəbərlər yayılmışdı. Ancaq son məlumatda hücumçunun komandada qalacağı bildirilib.
Qeyd edək ki, 2017-ci ildə Dortmund "Borussiya"sından transfer edilən Dembele bu mövsüm "Barselona"da cəmi 9 oyuna çıxıb və bir qol vurub.