24.03.2020 12:33
508


“Real”ın futbolçusu Qaret Beyl “Tottenhem”ə qayıda bilər.
Cempion.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yayda Harri Keyn “Tottenhem”i tərk etsə, uelsli hücumçu London klubuna geri dönəcək.
Keynin komandasını dəyişəcəyi haqda Britaniya mətbuatında xəbərlər yayılıb. Bu səbəbdən Madrid kubunda xoşbəxt olmayan Beylin “Tottenhem”ə keçəcəyi gözləniləndir.
İspaniya mətbuatı da “Real”ın yayda Beyli göndərməyə hazır olduğunu yazıb.
Xatırladaq ki, Uels millisinin üzvü 2013-cü ildə 101 milyon avroya məhz “Tottenhem”dən “Real”a keçib.