24.03.2020 15:00
526
526

"Real"ın sabiq prezidenti Fernando Martin koronavirusa yoluxub.
Cempion.az "Marca"ya istinadən xəbər verir ki, onun koronavirus testinin cavabı müsbət olub. 72 yaşlı keçmiş futbol funksioneri Madriddəki xəstəxanaya yerləşdirilib.
F.Martin 2006-ci ildə 2 ay müddətində "kral klubu"nun prezidenti olub.
Qeyd edək ki, "Real"ın daha bir sabiq prezidenti Lorenso Sans martın 21-də 76 yaşında koronavirus xəstəliyindən dünyasını dəyişib.