çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

İspaniyada daha bir futbol adamı koronavirusdan həyatını itirdi

24.03.2020 16:19 Oxundu 493


“Espanyol”un sabiq qapıçısı və məşqçisi Benito Xoaneq koronavirusun qurbanı olub.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 84 yaşında bu xəstəlikdən dünyasını dəyişib. Bir neçə ay əvvəl isə Xoaneq insult keçiribmiş.

Xatırladaq ki, ötən həftə İspaniyada “Real”ın sabiq prezidenti Lorenso Sans da 76 yaşında koronavirusdan vəfat etmişdi.