çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Messi Ronaldinyoya köməkdən imtina etdi

24.03.2020 17:25 Oxundu 475


Lionel Messinin Paraqvayda həbsdə olan Ronaldinyonun azadlığa buraxılması üçün onun vəkillərinə 3,5 milyon avro yardım etməsi barədə xəbərlər təkzib olunub.

Cempion.az “The Sun”a istinadən yazır ki, “Barselona”nın kapitanının nümayəndələri bildiriblər ki, argentinalı braziliyalı eks futbolçunun taleyindən narahatdır: “Amma ona maddi yardım edilməsi nəzərdə tutulmur”.

Xatırladaq ki, Ronaldinyo Paraqvayda saxta pasportla saxlanılıb. Daha sonra onun barəsində 6 aylıq həbs qərarı çıxarılıb.