çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Dünyanın ən çox qazanan məşqçiləri

24.03.2020 19:00 Oxundu 523

“France Football” nəşri dünyanın ən çox qazanan məşqçilərinin adlarını açıqlayıb.

Cempion.az xəbər verir ki, təhlil əmək haqqı, bonuslar və imic hüuquqlarından əldə edilən gəlirlərə əsasən aparılıb.

Siyahıya Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone başçılıq edir. Onun illik qazancı 40.5 milyon avro olub. Milan “İnter”inin çalışdırıcısı Antonio Konte 30 milyon avro gəlirlə ikincidir. 

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə ilinə 27.5 milyon avro qazanmaqla üçüncü yerdə qərarlaşıb.