çərşənbə, 07 may 2025

DİGƏR NÖVLƏR

Olimpiya oyunları təxirə salındı - RƏSMİ

24.03.2020 18:00 Oxundu 1014


Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.

Cempion.az IOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyasıdır.

Qərara alınıb ki, Olimpiya məşəli Yaponiyada qalsın və yarışın adı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları kimi saxlanılsın. 

Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul - 9 avqustda keçirilməli idi.