çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Avstraliya çempionatı dayandırıldı

24.03.2020 20:00 Oxundu 507


Futbol üzrə Avstraliya çempionatı qeyri-müəyyən müddətə dayandırılıb.

Cempion.az Avstraliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna koronavirus pandemiyası səbəb olub. 

Ölkənin bir çox şəhərində karantin tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb.

Məhz bunlara görə aprelin 22-dək çempionatın bütün oyunları təxirə salınıb.