çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

“Anderlext” klubunun futbolçularından jest

24.03.2020 19:47 Oxundu 507


Belçikanın “Anderlext” klubunun futbolçuları mart ayının məvacibindən imtina ediblər.

Cempion.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Karel Van Etvelt açıqlama verib. O, futbolçuların mart ayının məvacibindən imtina etdiyini və bunun kluba 2 milyon avro yardım olduğunu deyib.

Qeyd edək ki, Belçikada da koronavirus pandemiyasına görə futbol yarışları təxirə salınıb.