çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Terimin köməkçilərindən açıqlama

24.03.2020 20:30 Oxundu 510


"Qalatasaray”ın köməkçi məşqçiləri Ümit Davala və Hasan Şaşın koronavirusa yoluxması təsdiqlənməyib.

Cempion.az xəbər verir ki, gənc mütəxəssislərin, eyni zamanda futbolçuların testi mənfi nəticə verib.

Hazırda karantində olan "Qalatasaray”ın məşqçilərinin koronavirusa yoluxmadıqları bildirilir. Ümit Davala sosial şəbəkədəki profilindən "Koronavirus testimin müsbət çıxmasına dair xəbərlər həqiqəti əks etdirmir”, – deyə bildirib.

Hasan Şaş isə paylaşımında "Olduqca yaxşıyam. Testlərim normal çıxdı. Yeni uğurlarda görüşərik”, – deyə qeyd edib.

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisiFatih Terim koronavirus xəstəliyinə yoluxub.