cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Ferdinand Koutinyonu premyer liqaya səsləyir

24.03.2020 22:30 Oxundu 452

Rio Ferdinandın fikrincə, Filippe Koutinyo yenidən premyer liqaya qayıtmalıdır.
Cempion.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq müdafiəçisi “İnstagram” sosial şəbəkəsində canlı yayımda braziliyalı futbolçu haqda söyləyib: “Koutinyo “Liverpul”da mükəmməl oynayırdı. Amma o, mersisaydlıların düşərgəsini tərk edəndən sonra yaxşı oyunla seçilə bilmədi. “Barselona”ya uyğunlaşmağa çətinlik çəkdi, indi də “Bavariya”da qeyri-adi heç nə ilə yadda qalmır. Məncə, Koutinyo yenidən premyer liqaya qayıtmalıdır. Amma o, “Mançester Yunayted”də oynamamalıdır. Çünki bu komandanın artıq Bruno Fernandeşi var. Filippe, məsələn, “Tottenhem” və “Arsenal”ı gücləndirə biıər”.