çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

“İnter”in sabiq sahibi yeni klub ala bilər

24.03.2020 20:12 Oxundu 518

“İnter”in sabiq sahibi Massimo Moratti B seriyasında çıxış edən “Kremoneze”nin səhmlər paketini ala bilər.
Cempion.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu “Korriere dello Sport” nəşri məlumat yayıb. Maraqlıdır ki, belə hallar İtaliyada artıq ənənəyə çevrilib. Belə ki, vaxtı ilə “Milan”ın sahibi olan Berluskoni ailəsi indi 3-cü divizionda çıxış edən “Montsa”ya rəhbərlik edir.Hazırda bu komanda C seriyasında liderdir. Morattinin yiyələnmək istədiyi “Kremoneze”yə gəlincə, bu klub B seriyasında 17-ci pillədə qərarlaşıb.