çərşənbə axşamı, 01 dekabr 2020

BİZİM FUTBOL

Qurban Qurbanov və futbolçularından - Prezidentin çağırışına dəstək

24.03.2020 21:00 Oxundu 325


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları  koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Cempion.az xəbər verir ki, Q.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında  yardım edən şəxslərin siyahısında Q.Qurbanov və "Qarabağ"ın oyunçularının da adı qeyd edilib.