cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Həmyerlilərimiz Ukraynada "Xankəndi" komandasını yaratdı

25.03.2020 11:20 Oxundu 511


Ukraynanın Zaporijya şəhərində soydaşlarımızın təşəbbüsü ilə “Xankendi-Aze” adlı həvəskar futbol klubu yaradılıb.

Cempion.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov klubun azərbaycanlı gənclər tərəfindən təsis edildiyini bildirib.

Diaspor rəhbəri qeyd edib ki, Turxan Seyidlinin rəhbərliyi ilə fəaliyyət göstərən ”Xankendi-Aze”yə UABD sponsorluq edir. Klubun adı Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə daha geniş çatdırılması məqsədilə seçilib.

“Xankendi-Aze” ilə “Alyans” arasında yoxlama görüşü keçirilib və 2:2 başa çatıb. Bu, yeni komandanın keçirdiyi sayca üçüncü matçdır.

UABD rəhbəri bildirib: “Gənclərimizin irəli sürdüyü vətənpərvərlik ruhunda olan layihələri həmişə dəstəkləyirik. İnanırıq ki, “Xankendi-Aze” özünü göstərərək diqqətləri cəlb edəcək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu ictimaiyyətə bir daha bəyan edəcək”.