çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Braziliyada stadiondan xəstəxana kimi istifadə olunacaq

25.03.2020 14:00 Oxundu 512


Braziliyadakı “Pakaembu” stadionu koronavirus pandemiyasına yoluxan xəstələri müalicə etmək üçün xəstəxanaya çevriləcək.

Cempion.az xəbər verir ki, arenada 200-dən çox çarpayı yerləşdiriləcək.

Stadionun xəstəxanaya çevrilmə prosesi 10 gün ərzində başa çatacaq. San-Paulo şəhərində yerləşən “Pakaembu”nun tutumu 42 mindir.