25.03.2020 14:31
491

"İnter"dən Romelu Lukaku, və "Borrusiya"dan Aksel Vitsel, "Mançester Siti"dən Kevin de Brüyne məşqçilik kurslarına başlamağa hazırlaşır.
Cempion.az "The Telegraph"a istinadən xəbər verir ki, onların adı Belçika millisinin koronavirus səbəbindən yaranan fasilə zamanı məşqçilik lisenziyası üçün onlayn kurslar iştirak edəcək şəxslər arasında yer alıb.
Bildirilib ki, oyunçular bu həftə milli komandaların matçları üçün yaranan fasilə zamanı kurslara başlamalı idilər. Lakin koronavirus pandemiyası səbəbindən idman tədbirləri təxirə salındığı üçün təlim onlayn üsulla təşkil olunacaq.