bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

"Atalanta"nın futbolçusu koronavirusuna yoluxub

25.03.2020 00:43 Oxundu 514


İtaliya "Atalanta"sının qapıçısı Marko Sportyello koronavirusa yoluxub.

Cempion.az klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı qolkiperin testi müsbət nəticə verib. Oyunçunun simptomları təhlükə törətmir. Hazırda Sportyello və komandanın digər futbolçuları karantindədirlər. Təcridolunma prosesi martın 27-dək davam edəcək.

Daha əvvəl İtaliyada 17 futbolçunun koronavirusa yoluxma halı qeydə alınmışdı.