25.03.2020 15:37
515

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib.
Cempion.az "Evening Standard"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis COVID-19 pandemiyası müddətində lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib. Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.
Qeyd edək ki, Qvardiolanın ödənişinədək 33 min avro toplanmışdı.