25.03.2020 12:40
532

İngiltərənin “Tottenhem” klubunun zədəli hücumçusu Harri Keyn vəziyyəti ilə bağlı açıqlama verib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı ingiltərəli ulduz futbolçu, bərpa prosesi keçdiyini bildirib:
“Sağlamlığımla bağlı hər şey qaydasındadır. Hal-hazırda bərpa məşqləri edirəm. Cari mövsümlə bağlı veriləcək qərarı gözləməliyik. 2-3 həftə içərisində komandaya qayıdacağıma ümid edirəm. Fiziki vəziyyətimi daha da yaxşılaşdırmağım lazımdır”.
Qeyd edək ki, İngiltərəli hücumçu, Premyer Liqanın 21-ci turunda “Sauthempton”la oyunda (0:1) zədələnərək, əməliyyat olunmuşdu.